Nazir:“Bəzi proqramlar əsaslı dəyişikliklərə məruz qalmalıdır”

“Ali təhsil müəssisələrində məzmunla bağlı daim dəyişikliklər olur”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, ali təhsil proqramları daim yenilənir, təkmilləşir:
“Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da sayılan mütəxəssislərin işidir”.
O qeyd edib ki, proqramlar Təhsil Nazirliyi olaraq ekspert komissiyalarının rəyi əsasında təsdiq edilir.