Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir.
“Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur.
Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir:
“Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Məcəllənin hazırkı bəndi isə belədir:
“Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.