Tarixi məbəddə kazino olmaz, cənab deputat! – Tutarlı cavab!

«Bu gün Qarabağda universitet qurulur. Pezident İlham Əliyevin buna dair xüsusi göstərişləri var»

«Şuşa mədəniyyət mərkəzidir, Ağdam təhsil mərkəzidir və.s Burada böyük kitabxanaların qurulmasında danışa bilərik”

Dünyada elə bir klassik əsər, film yoxdur ki, kozinonu dəstəkləsin. Dünyada hər kəs buna qarşıdır”

 Qarabağda və Zəngəzurda kazinoların açılması təklif edilir. Bu təşəbbüslə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin ötən günlərdə keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kazinolar fəaliyyət göstərirlər: “Ancaq ölkəmizdə kazinolar fəaliyyət göstərmir, yoxdur. Hesab edirəm ki, Qarabağda və Zəngəzurda kazinoların açılmasına icazə verilməlidir”.

Təklifi sərt təndiq edən nüfuzlu iqtisadçı, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Sherg.az”a bildirib ki, kazinoların nəinki, Qarabağda, heç Azərbaycanın istənilən ərazisində gündəmə gətirilməsi doğru deyil:

“Qarabağ sadəcə tarixi ənənələrə sadiq, sağlamlıq, turizm, hərbi məbəd kimi istifadə edilə bilər. Bu gün Qarabağda universitet qurulur. Pezident İlham Əliyevin buna dair xüsusi göstərişləri var. Sözügedən istiqmətdə ciddi işlər gedir. Bu təhsil ocağını həm Yaxın Şərqdə, həm bütün Qafqazda, həm də regionda ən güclü universitetə, elm məbədinə çevirmək gərəkir ki, milliyyətindən asılı olmayaraq bütün insanlar orada təhsil ala bilsinlər. Eyni zamanda bununla yanaşı Azərbaycanın tarixi, coğrafiyası ilə yaxından tanış olsun”.

Alim vurğulayıb ki, Qarabağ tarixi məbəddir:

“Bura tarixi məkandır. Tarix məkanda kazino olmamalıdır və olmaz. Dünyada elə bir klassik əsər, film yoxdur ki, kozinonu dəstəkləsin. Dünyada hər kəs buna qarşıdır. Qarabağın həm də İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqəli münasibəti var. İslamla bağlı olan yerlərdə kazino nə qədər keçərlidir?! Bu həm də günahdır. Bu müqəddəs “Qurani-Kərim”də də öz əksini tapıb. Qarabağ insanları mühavizəkardırlar. Buarada yaşayan insanlar buna həssas yanaşır. Belə müzakirələr yolverilməzdir. Nəinki Qarabağda, bütün Azərbyacn üçün belə mövzüların danışılması yolverilməzdir”.

Professor hesab edir ki, Qarabağda və Zəngəzurda kazinoların açılması müzakirə predmeti olmamalıdır:

“Burada sadəcə innovativ inkişafdan danışa bilərik. Kazino 14-15-ci əsrlərdə qalıb. Bu insanlara heç nə qazandıra bilməz. Qarabağda qida sektorunun inkışafından söz aça bilərik. Bu məkanda istehsal olunan məhsullar, orada yetişən bitkilər varkən başqa mövzulardan danışmaq lazım deyil. Qarabağın hər bir rayonu özünə məxsus xüsusiyyətləri var. Şuşa mədəniyyət mərkəzidir, Ağdam təhsil mərkəzidir və.s Burada böyük kitabxanaların qurulmasında danışa bilərik”.

Zahid bəy qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Qarabağda çox böyük işlər görür: “Bunlara diqqət və büyük önəm vermək lazımdır. Dünyada elə bir klassik əsər, film yoxdur ki, kazinonu dəstəkləsin. Dünyada hər kəs buna qarşıdır”.

Çimnaz Şahlar