“Biz ilk dəfə kənd təsərrüfatı nailiyyətləri hesabatını maliyyələşdirmişk”.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günündə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
O bildirib ki, bu müstəqil hesabatdır: “Azərbaycan və Britaniya bu gündəliyin hazırlanmasında əməkdaşlıq edib. Azərbaycan COP-29 ölkəsi olaraq Bakı Fəaliyyət təşəbbüsünə başlayacaq”.
Səfir qeyd edib ki, bizə insanların həyatını təmin etməsi lazımdır: “Biz təbiətə ziyan yetirməyən qida sistemlərini dəstəkləməliyik. İnsanlar özləri öz qidalarını yetişdirməlidirlər. İqlim dəyişikliklərində nəticə əldə etmək siyasi iradə tələb edir. Biz qlobal aclıqla mübarizə aparmışıq. Nəticədə milyonlarla fermer yoxsul ölkələrdə öz qidasını yetişdirib”.