Milad ərəfəsində dünya üzrə iki mindən çox aviareys ləğv olunub

Dünya aviaşirkətləri Milad bayramı ərəfəsində iki mindən çox reysi ləğv edib.
Bu barədə real vaxt rejimində uçuşları izləmək imkanı verən “FlightAware” resursuna istinadən məlumat yayılıb.
Məlumata görə, qlobal hava daşıyıcıları pandemiyadan təsirlənərək 2028 reysi ləğv etməyə məcbur olub.
Məsələn, təkcə dünən ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airlines” koronavirusun “Omikron” ştammının yayılması və yoluxma hallarının artması nəticəsində yaranan kadr çatışmazlığı səbəbindən təxminən 120 reysi ləğv edib.
Eyni səbəbdən, ölkənin “Delta” aviaşirkəti də 90-a yaxın reysin ləğv edildiyini açıqlayıb.

Mənbə: TASS