“Döyüş Klubu" filminin son səhnəsi dəyişdirilib

1999-cu ildə  Çində nümayiş etdirilən "Döyüş Klubu" filminin son səhnəsi dəyişdirilərək fərqli bir sonluq yazılıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, həftə sonu Çinin məşhur yayım platforması "Tencent Video"da Devid Finçerin "Döyüş Klubu"na baxmaq istəyən insanlar filmin simvolik sonluğunun tamamilə silindiyini görüblər.
Filmin nümayişindən 20 ildən çox vaxt keçdikdən sonra baş verən dəyişiklik tamaşaçıları qəzəbləndirib.

Final səhnəsində Edvard Nortonun həyat verdiyi "Həqiqətçi" Bred Pittin canlandırdığı Tayler Durdeni öldürür. Sonra Helena Bonham Karterin oynadığı sevgili rolu ilə birlikdə bomba yerləşdirdiyi binaların partlamasını izləyib.

Səlahiyyətlilər bu səhnədə anarxist, anti-kapitalist və "müasir sivilizasiyanı çökdürmək planı" mesajlarını siliblər.
Filmin orijinal versiyasında tapılan partlayışların olduğu bütün səhnələr kəsilib. Bunun əvəzinə izləyicilər bir mesajla qarşılaşdılar.

Filmin sonuna əlavə edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

"Taylerin ipuçlarını izləyən polis planını başa düşməkdə gecikmədi, bütün cinayətkarları həbs etdi, bombaların partlamasının qarşısını uğurla aldı. Məhkəmədən sonra Tayler ruhi xəstəxanaya göndərildi və orada psixoloji müalicə olundu.  2012-ci ildə xəstəxanadan evə buraxıldı".

Filmin orijinal variantını bilən tamaşaçılar yaranmış vəziyyətə neqativ münasibət bildiriblər.

Cəmilə ƏZİM