Sabiq deputata AMEA-da yüksək vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) vitse-prezident vəzifəsini icra edən təyin edilib.
“Report” xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.
Qərara əsasən, akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin olunub.
Qeyd edək ki, G.Baxşəliyeva sabiq deputatdır.