Gəncədə azyaşlılar anaları tərəfindən şiddətə məruz qalıb? - AÇIQLAMA

“Gəncədə qadının azyaşlılara qarşı zorakılıq tətbiq etməsinə dair iddialar təsdiqini tapmayıb”.
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, sosial şəbəkədə yayılan görüntülərin altından tam başqa problemlər üzə çıxıb:
“Komitəyə daxil olan müraciət əsasında araşdırma aparıldı. Dəqiq ünvan müəyyənləşdirildi və aidiyyəti qurumlarla bir komitə əməkdaşları tərəfindən araşdırma yekunlaşdı. Bu məsələ öz təsdiqini tapmayıb. Azyaşlıların şiddətə məruz qalması faktı yoxdur”.