Rusiya Qara dənizdə hərbi təlimlər keçirdi

Rusiya Federasiyası Qara Dəniz Donanmasının gəmiləri Qara dənizdə təlimlər keçirib.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, həmin təlimlər zamanı saxta düşməni imitasiya edən hava və dəniz hədəfləri vurulub.
“Qara Dəniz Donanmasının gəmilərinin ekipajları dəniz və hava hədəflərinə atəş açıb. Onlar həmçinin üzən mina və bombaları da məhv ediblər”, - deyə qurumdan bildirilib.
Qara dənizdə keçirilən təlimlərə ümumilikdə 20-dən çox hərbi gəmi cəlb olunub.
Mənbə: Mk.ru