Generalın daha bir əmlakı üzə çıxdı: 10 milyon manat dəyəri var 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin daha bir obyekti üzə çıxıb. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Xaçmazda fəaliyyət göstərən “Çoban Bulaq” İstirahət Mərkəzində də generalın payı var. İstirahət Mərkəzinin 50 faizi Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilib. Bu, 2010-cu ildə baş verib. İstirahət mərkəzinin digər sahibi isə Məmməd adlı şəxsdir. Onun generalla hansı şərtlər müqabilində ortaq olması bəlli deyil.