Zaxarova: "Aİ Azərbaycan, İran, Türkiyə və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır"

"Qərb Cənubi Qafqaz ölkələrini hərbi ittifaqlara sürükləməyə çalışır, Aİ (Avropa İttifaqı - red.) isə militarizasiya kursu götürüb".

Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu çərşənbə günü həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, söhbət Qərbin həm Ermənistanı, həm də Azərbaycanı cəlb etmək istədiyi əməkdaşlıq və ya hərbi ittifaqlardan gedir.

Zaxarova vurğulayıb ki, Aİ nümayəndələri xoş niyyət arxasında gizlənərək Azərbaycan, İran, Türkiyə və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayırlar.