"BNA-nın sürücüləri özlərini çox tərbiyəsiz aparır"  - Yusif Rzayev

"Biir dəfə mətbuat ximətinin rəhbəridir deyə həmkar bilib, işinin məsuliyyətini anlayan adam sayıb Mais Ağayevə də yazmışdım, vecinə də almadı".
Sherg.az xəbər verir ki, bu sözləri özünün feysbuk səhifəsində "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev yazıb. O, daha sonra  qeyd edir:

 "Yenə deyirəm: BNA-nın sürücüləri özlərini çox tərbiyəsiz aparır. Şirkət də ki camaatı barmağına dolayıb. 
A kişi, 40 dəqidə interval olar? Cammat 40 dəqiqəyə kosmosa gedib gəlir, uşaq əkir, siz bir xətti idarə edə bilmirsiniz.
Hə, bir də hamı sizin qurumdan çox qəzəblidir, Mais Ağayev! Və siz də icimaiyyətlə əlaqələrə cavqbdeh şəxs heç tükünüzü də tərpətmirsiniz".