Dövlət Agentliyində struktur dəyişikliyi aparılıb, yeni şöbələr yaradılıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturunda dəyişikliklər edilib.
"Report" xəbər verir ki, qurumda 3 yeni şöbə yaradılıb.
Bunlar Xidmətlərin Dizaynı və Qiymətləndirmə şöbəsi, Rəqəmsal Texnologiyalar və İnnovasiyalar şöbəsi və Analitik Təhlil və Statistika şöbəsidir.