“Mançester Yunayted”in futbolçusu zorakılığa görə “Play Station”dan çıxarıldı - FOTO

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Meyson Qrinvud “Play Station”da komandanın heyətindən çıxarılıb.
Oxu.Az xəbər verir ki, onun komandanın məşqlərindən uzaqlaşdırılmasından sonra “EA Sports” şirkəti FIFA22-də onu “Mançester Yunayted”in heyətindən çıxarıb.
Onun yerinə start heyətinin sol cinahında Entoni Elanqa görünür.

Qeyd edək ki, 20 yaşlı Yamayka əsilli Meyson Qrinvudun yanvarın 30-da Hariet Robson adlı qıza qarşı güc tətbiq etdiyinə dair görüntülər və səsyazma sosial şəbəkədə yayılıb. Bundan sonra Mançester polisi idmançını həbs edib.