Ərəblər Bakıda qadını döyüb? - DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, turistlərin evinə qonaq gedən qadının döyülüb xəsarət yetirilməsi ilə bağlı iddialar əsasızdır:


“Hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var. İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsində araşdırılır”.

Qeyd edək ki, Bakıda gənc qız əcnəbilərin hücumuna məruz qalması barədə polisə müraciət edib.