Futbolun İnkişafı Fondunun rəhbəri bəlli oldu


Futbolun İnkişafı Fondunun rəhbəri bəlli olub.

Oxu.Az xəbər verir ki, Tural Piriyev bu fondun icraçı direktoru təyin olunub.

Qeyd edək ki, Tural Piriyev həm də AFFA-nın marketinq şöbəsinin rəhbəridir.

Xatırladaq ki, Futbolun İnkişafı Fondunun məqsədi regionlarda fəaliyyət göstərən klubların maliyyələşməsində və onlara sponsor tapılmasında yardım etməkdir.