Ankarada Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək

Fevralın 3-də Beynəlxalq Münasibətlərim Təhlili Mərkəzi (BMTM), Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə Ankarada “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans keçiriləcək. Konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyev iştirak edəcəklər. 

"Sherg.az" xəbər verir ki, konfransın açılışda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, SETA-nın baş koordinatoru Burhanettin Duran və SAM-ın sədri Ufuk Ulutaş çıxış edəcəklər. Daha sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi səviyyəsi” və “Enerji. Nəqliyyat və İqtisadi əlaqələr” adlı panel müzakirələri baş tutacaq.