Bakıda məktəb koronavirusa görə bağlandı

Bakıda 117 nömrəli tam orta məktəbin fəaliyyətini bu gündən distant təhsil formasında davam etdirəcək.
Bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.