AZAL Dubaya reyslərinin sayını artırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə reyslərinin sayını artırıb.
Bu barədə "Report"a aviaşirkətdən bildirilib.
Məlumata görə, martın 17-dən 26-na qədər Bakıdan səhər saat 08:00-da, Dubaydan isə yerli vaxtla saat 12:00-da J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçiriləcək. Bununla da, sərnişinlər günün əvvəlində səhər saatlarında çata biləcəklər.