Polşa Ukrayna ilə sərhəddə hərbi təlimlər keçirib

Polşa Ukrayna ilə həmsərhəd Podkarpatyedə hərbi təlimlər keçirib.
"Report" xəbər verir ki, bu barədə "RMF-24" radiostansiyası məlumat yayıb.
Təlim zamanı hərbi bölmələr atıcı silahlardan atəş açıb, həmçinin ərazini idarə etməyi öyrəniblər.
On dörd gün davam edəcək təlimlərə 800-dən çox döyüşçü qatılıb.