Hüseyn Dəryanın ölüm səbəbi açıqlandı:“Avtomobildə bir parça quru çörək tapılmışdı...”

2014-cü il martın 15-də dünyasını dəyişən mərhum reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilib.
Prodüser, jurnalist Sayqa Cahid  mərhum reper Hüseyn Dəryanın ölümünə dair  iddiaları cavablandırıb.
“Sherg.az”ın məlumatına görə, “O Üz” verilişinin qonağı olan S.Cahid   reperin intihar etmədiyini bildirib:
“Hüseyn Dəryanın ölümü qəza, yuxusuzluq, əsəb idi.
Elə şeylər var, adam danışa, deyə bilmir. Avtomobildə bir parça quru çörək tapılmışdı. O çörəyi yeyirdi ki, çatdırıb studiyada işini görə bilsin.  Nə intihardan danışırsız?”.