"Ramiz Mehdiyev Prezident Administrasiyasının (PA) rəhbəri olduğu dönəmdə hansı alimin cəsarəti çatardı ki, onu istefaya çağırsın?!".
Bu sözləri "Sherg.az"a açıqlamasında tarixçi Elmar Həsənli deyib. O, bildirib:
"Bir olmuş məsələni diqqətinizə çatdıracam. M.Ə. Rəsulzadənin doğum günü ilə bağılı beynəlxalq kofrans keçirilirdi. Onda Ramiz Mehdiyev AMEA-nın rəhbəri idi. Bir çox alimə, universitet rektoruna, AMEA -nın institut rəhbərlərinə, ölkəmizdə olan xarici ölkələrin diplomatiksəfirliklərinə, hətta M.Ə.Rəsulzadədən kitab yazan Cümhuriyyət tədqiqatçısına dəvətnaməni əlimlə vermişdim.
Axırda da Ramiz Mehdiyevin özünü tapa bilmədim. AMEA-nın rəyasət heyətinin binasında dəvətnaməni katibəsinə çatdırdım. İnanın, Ramiz Mehdiyevin qorxusundan dəvətnamə verdiklərimdən bircə nəfərdən başqa heç kim gəlmədi.
Mən demirəm, Ramiz Mehdiyev qalsın, yaxud getsin. Belə yarıtmaz olduğunu bilirdilərsə, təyin olunanda istefasını tələb edərdilər. Bu cür xislətə malikdilər. İndi də durub istefa tələb edirlər. İstefa tələb edin. Onu AMEA rəhbər təyin ediləndə edəydiniz. Sadəcə kişi olun. Bir sifətiniz olsun".
Qeyd edək ki, son vaxtlar mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev arzuolunmaz fəaliyyətinə görə tənqid edilir. AMEA-nın alimləri R.Mehdiyevi istefaya çağırır.