Anonim şəxs mərhum reper Hüseyn Dəryanın həyatını itirdiyi qəzadan danışıb.
“Sherg.az”ın məlumatına görə, kimliyini gizli saxlayıb “O Üz” verilişinə danışan şəxs həmin qəzanın şahidi olub:
“Martın 14-ü axşam vaxtı idi, Mərdəkan yolu ilə işdən gəlirdim. 20-30 metr qabaqda avtomobil qəzasının baş verdiyini gördüm. Səhv etmirəmsə, boz rəngli kiçik avtomobil yük maşınıyla toqquşmuşdu. Məsələnin nə olduğunu öyrənmək üçün ora yaxınlaşdım. Yük maşınının sürücüsünə heç nə olmamışdı.
Onunla köməkləşib avtomobildəki sürücünü çıxartmaq istədik. Siması tanış gəlirdi, kimliyini bəlli edə bilmədim. Səsini eşidəndə bildim ki, Hüseyn Dəryadır.
H.Dəryanın özünəməxsus səsinə görə hamının içindən seçmək mümkün idi. Bir söz deyirdi “mən ölmək istəyirəm”. Onu maşından çıxardıq, təcili yardım xəstəxanaya apardı. Sonrasından məlumatsız idim. Həmin günün sabahı xəbərlərdə H.Dəryanın rəhmətə getdiyini söylədilər. Çox pis oldum, cavan idi, heyif ondan, Allah rəhmət etsin”.