Azərbaycanda İctimai Birlik sədri saxlanıldı

“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 3-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Onun çoxsaylı vətəndaş şikayətləri əsasında saxlanıldığı bildirilir. R. Məmmədovun hansı maddə üzrə saxlanılması hələlik bilinmir. O, araşdırma üçün istintaqa təhvil verilib.
Faktı polisdən təsdiqləyiblər.