Hamının rəğbətini qazandı

Avtobus sürücüsü ağlayan körpəni qucağına alıb kiritdi

   Avtobus sürücülərinin kobud davranışlarından şikayət edirik.  KİV-də yayılan bir məlumat isə mehriban, qayğıkeş sürücülərin də olduğunu göstərir.  Məlumat   “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusun müşahidə kamerasının qeydə aldığı görüntülər əsasındadır. Görüntüləri şərh edən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb. Sürücü valideynə yaxınlaşıb, valideyn icazə verdikdən sonra körpəni sakitləşdirmək üçün qucağına alıb. "Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Yayılan videoda da görünür ki, sürücü körpəni qucağında tutaraq avtobus salonunda o baş-bu başa gedib-gəlir, körpəni sakitləşdirməyə çalışır və buna nail olur. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir. “Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmadığına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir", - deyə M.Ağayev bildirib.
Demək olar ki, bu sürücü indiyədək qeyri-etik davranışlar nümayiş etdirən, kobud ifadələr işlədən sürücüləri əfvə saldı. Bütün sürücülər belə olsa, nə vardı ki!