Seyidovun vəzifəsinin həvalə olunduğu polkovnik məşhur generalın xalası oğludur - FOTO

Xəbər verdiyimiz kimi, Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

Bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.

Sherg.az Manset.az-a istinadən bildirir ki, Nəriman İmanov təcrübəli polis zabitlərindən biridir. O Nərimanov, Masallı, Sumqayıt Şəhər Polis İdarələrinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum polis generalı Rasim Musayevin xalası oğludur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.