Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Əməkdar jurnalist, publisist, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.
O, 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Q.Mikeladze mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında çox sayda məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Q.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib.