Peyvənd olunanların sayı AÇIQLANDI 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, buster doza üzrə vaksinasiya olunanların sayı isə 58 nəfərdir, ikinci mərhələ üzrə vaksinasiya edilən olmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 217 836 təşkil edir.