BNA-nı tənqid edən deputat: “Oy nə gözəl, nə gözəl”


Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb: 

“Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Xeyir xəbər olasan”. 

Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır:

“Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam”.