Naxçıvana yeni daxili işlər naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib.
Bununla bağlı Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən, bu vəzifəyə polis polkovniki Rəşad Rafiq oğlu İsmayılov gətirilib.
Ali Məclis Sədrinin sərəncamı ilə Zahid Əjdər oğlu Gözəlov isə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin edilib.