Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən ayrılıb


Jurnalist Rüstəm Əbülfətoğlu (Əhmədov) Medianın İnkişafı Agentliyindəki (MEDİA) vəzifəsindən ayrılıb.

Bu barədə özü sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, o, Agentliyin Media subyektləri və jurnalistlərlə iş, mediaya dəstək layihələri departamentinin direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.

Qeyd edək ki, R.Əbülfətoğlu bu vəzifəyə ötən il təyin olunmuşdu.