Gənc müğənni İlkin Abbasov qalmaqallı açıqlama yayıb.
"Sherg.az"ın məlumatına görə, İ.Abbasov instaqram səhifəsində dünən "Tarqovu" adlanan ərazidə yaşanan güclü partlayışa mənfi rəy bildirənlərə səslənib.
Müğənni hadisə haqda söylənilən fikirlərə dair irad bildirib:
"Ümumiyyətlə, camaatın inancına qarışan, özünü süddən çıxan ağ qaşıq hesab edən müsəlmanlar hesabımdan rədd olsun.
Bu "story"ə görə çox izləyicilərimi itirəcəm, tənqid olunacam, amma mən sosial mediada rol ala, özümü məsum dindar göstərə bilmirəm.
Ramazan ayında kimsə içki içirdi? Sənə nə? Əcəb edirdi, mən də içirəm, bundan kimə nə? Allaha mənim yerimə sən cavab verəcəksən? Hər kəsin savabı özünə yazılır.
Hamı müsəlman olmaq məcburiyyətindədir? Guya ölkəmizdə hər "müsəlmanam" deyən müsəlmandır? 11 ay hər zibil işi görüb, 1 ay mömin olursuz?".