Dövlət qulluğuna qəbul imtahanında bir nəfərdə mobil telefon aşkar edilib


Bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Sherg.az-a  verilən məlumata görə, dövlət qulluğuna qəbul imtahanında bir iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric olunub.