Avtomobillə təmin edilən müharibə əlillərinin sayı AÇIQLANDI

“Müharibə əlillərinin avtomobillə təmin edilməsi davam etdirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. 
O bildirib ki, son dörd ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.