Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin ediləcək

Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.