“The Guardian”: “İran Rusiyaya raket sistemi bağışlayıb”

Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan sursat və hərbi texnika alır.

Bu barədə “The Guardian” İran tərəfindən dəstəklənən İraq döyüşçülərinin və regional kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən yazır.

Nəşrin məlumatına görə, Moskvanın martda Ukraynada keçirdiyi uğursuz kampaniyadan sonra İraqdan Rusiyaya tank əleyhinə qumbaraatan və tank əleyhinə raketlər, eləcə də Braziliya dizaynlı reaktiv yaylım atəşi sistemləri göndərilib.

Nəqliyyatın təşkilində kömək edən mənbənin sözlərinə görə, Rusiyanın “S-300” ZRK-sına bənzər İran istehsalı olan “Bavar 373” raket sistemi də Tehran hökuməti tərəfindən Moskvaya hədiyyə edilib və üstəlik, “S-300” də Rusiyaya qaytarılıb.