Növbəti 10 ildə kibertəhlükəsizlik sahəsi üzrə iş yerləri ARTACAQ

“Növbəti 10 il ərzində kibertəhlükəsizlik sahəsi üzrə iş yerləri 31 faiz artacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.
Onun sözlərinə görə, yeni yaradılan assosiasiya bu sahədə kordinasiyalı işə çox kömək olacaq: “Bizim kadrlarımız xarici bazarlara üstünlük verirlər bə yerli bazarda qıtlıq yaranır. Bizim təhsil müəssisəsi kadr potensialı üçün işlər görür. Həmçinin gələcəkdə bununla bağlı təlimlərə də başlanılacaq”.