Bakı metrosundakı nasazlıqla bağlı AÇIQLAMA - YENİLƏNİB

“Həzi Aslanov” - “Dərnəgül” marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb”. 
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 
O bildirib ki, “Ulduz” stansiyasında sərnişinlər düşürülüb, qatar depoya göndərilib:
“Onun əvəzinə xəttə yeni qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq”.
11:10

Bakı metrosunda sərnişinlər boşaldılır.

Oxu.Az xəbər verir ki, bu barədə sərnişinlər tərəfindən sosial şəbəkədə paylaşım edilib.

“Ulduz” stansiyasında metropoliten əməkdaşları sərnişinlərə müraciət edərək qatardan düşmələrini bildiriblər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti tərəfindən araşdırma aparılır.