Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib - YENİLƏNİB-3

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi başa çatıb.
"Report"un xəbərinə görə, mərhumun meyiti dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.
O, bu gün torpağa tapşırılacaq.

12:52
Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, vida mərasimi mərhumun yaşadığı  "Jurnalistlər binası"nın qarşısında baş tutur.

Mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi daha sonra dəfn olunmaq üçün Lənkəran şəhərinə aparılacaq.

11:46
Mərhum jurnalist Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib.

"Report"un xəbərinə görə, onun nəşi əvvəlcə Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılaraq orada yuyulacaq.

Daha sonra isə "Jurnalistlər binası"nın qarşısında Q.İbrahimli ilə vida mərasimi keçiriləcək.

Vida mərasimində sonra o, Lənkəran şəhərinə aparılaraq orada dəfn ediləcək.



11:42
Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim saat 13.00-da "Jurnalistlər binası"nın həyətində olacaq.

Mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkərana aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.