Şahzadə Uilyam mükafatlandırılıb

Onun 40 yaşının şərəfinə xüsusi pul vahidi buraxılacaq

Kembric hersoqu Şahzadə Uilyam 40 yaşında Britaniya vəliəhdi tərəfindən mükafatlandırılıb. Taxt-tacda ikinci olan Şahzadənin üzü tarixdə ilk dəfə pulun üzərinə çap olunacaq.

“Şərq” xəbər verir ki, iyunun 21-də yeni yaşını qeyd edəcək Şahzadənin üzü 5 funt sterlinqlik sikkələrə çap olunacaq. Pulun şəkli "The Royal Mint"in “Twitter” hesabında xəbərdə paylaşılıb. Şahzadə Uilyamın üzü olan sikkənin üzərində "40" və Uilyamın "W" hərfləri diqqət çəkib.

Kembric hersoqunun üzü olan sikkənin dizaynı Tomas T.Doçertiyə məxsusdur. Sikkənin digər tərəfində Kraliça Elizabetin şəkli var.

Qeyd edək ki, taxt-tacda ikinci olan Şahzadə Uilyamın pul üzərində zərb edilməsi tarixdə ilkdir.