“TEKNOFEST Azərbaycan”a bilet əldə etmiş izləyicilərin NƏZƏRİNƏ

28 may tarixi üzrə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.
Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.
Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.
Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.