Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb

Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları 6000-ə yaxın məhkumu əhatə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.