Narkomaniya qarşı mübarizə! – “Nazirlik, cəmiyyət və media gücünü birləşdirsin”

“ “Baku TV”nin hazırladığı süjeti izləmişəm. Deyə bilərəm ki, mediamızda ən vacib, faydalı və effektiv süjetlərdən biridir. Media cəmiyyəti narahat edən problemləri aşkar edib, göstərməldir.  Nazirlik də dərhal reaskiya verdi”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “Sherg.az”a “Sağlam Cəmiyyət Hərakatı”nın rəhbəri, sosioloq Elçin Bayramlı “Baku TV”nin ötən gün hazırladığı repotaj haqqında açıqlamasında bildirib. O, qeyd edib ki, ümumiyyətlə, son bir ildə Daxili İşlər Nazirliyi tərəfindən narkotikə qarşı çox böyük mübarizə aparılır:

 “ Külli miqdarda narkotik vasitələr aşkar olub və zərərsizlişdirilir. Xeyli sayda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanılıb məsuliyyətə cəlb  olunur. Yəni bu sahədə geniş proseslər həyata keçirilib. Nəticə etibarilə də problemin qarşısı müəyyən dərəcədə alınıb”.
 Sosioloq onu da əlavə edib ki, bu mövzuda cəmiyyətin də üzərinə yük düşür:
“Bu elə bir bəladır ki, təkcə Nazirliyin gücü ilə qarşısını almaq, kökünü kəsmək mümkün deyil. Ona görə məsuliyyət biraz da ictimaiyyətin üzərinə düşür.  Bu mövzularda cəmiyyət çox fəal olmalıdır. Bu kimi hallarla bağlı dərhal həm mediaya, həm də hüquq – mühafizə orqanlarına xəbər verilməlidir. Bundan sonra lazımı orqanlar tədbir görəcəklər.Yalnız bu yolla gənclərimizi bəladan xilas edə bilərik. Dövlətlə vətəndaşların mübarizəsi bu problemə son qoya bilər. Belə halları ört-basdır etmək, satqınlıq kimi qələmə vermək yox, dərhal ictimailəşdirmək lazımdır. Əgər bu yola əl atsaq, əminəm ki, bəlanın qarşısını ala bilərik.
Nazirlik, cəmiyyət və media qüvvələri birlikdə bu problemin üstünə düşüb, işi güclü mübarizə kampaniyasına çevirsə, qısa müddətdə sözügedən problem aradan qaldıra bilərik. Əks halda, cəmiyyətimizdə problemlərin, xəstəliklərin sayı artacaq, kriminoloji vəziyyət gərginləşəcək”.