“Şəhid ailələrinə göstərilən xidmət yüksək səviyyədir”

Post müharibə dövründə şəhid ailələri  və müharibə əlillərinə göstərilən qayğı yükək səviyyədə davam etdirilir.  Nəzərdə tutulan şəxslərin sosial xidmətlərlə təminatı işlərinə dair mətbuat konfransı keçirilib. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evin verilməsi nəzərdə tutulub:

“2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib”.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub.

Xarırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu il müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə 200, ümumilikdə ötən dövrdə 7400 avtomobil verilib.

Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib,41 nəfər müharibə əlili peşəreabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub. Həmçinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə  cəlb ediliblər.

Sabiq millət vəkili, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova bu xüsusda aparılan işləri “Sherg.az”a şərh edib. O, bildirib ki, şəhid ailələri bizim üçün həssas təbəqədir:

“80-ci illərin sonundan bu günə qədər ölkəmizdə qaçqınlara, köçkünlərə, şəhid ailələrinə hökümətin qayğısı və diqqəti hər birimizin gözünün önündədir. 2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra  onun qarşısına qoyduğu ilk məqsədlərdən biri bütün çadır şəhərciklərinin ləğv edilməsi, hər cür infrasturktura malik olan binaların tikilməsi idi. Həqiqətən də bütün bunların hər birini etdi, qəsəbər salındı, köçkünlər hər cür şəraitlə təmin olunmuş binalarda məskunlaşdı. Çox şükür ki, qaçqın, köçkün kimi statuslar bu insanların adından götürüldü. İndi isə həssas təbəqə torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanlar və onların ailələridir”.

Azərbaycanın şəhid ailələrinə göstərdiyi qayğının bənzərsiz olduğunu vurğulayan H.Məmmədova söyləyib ki, bu mövzuda bizi heç kimlə müqayisə etmək olmaz:

“Çox uzağa getməyə ehtiyac yoxdur. Bizdən qat-qat çox şəhid verən Ermənistanda evlə, işlə, avtomobillə təmin olunan qazi və yaxud şəhid ailəsi xəbərinə rast gəlməmişəm.  Amma bizdə uzun zamandır ki, şəhid ailələri pulsuz təhsil alırlar, hər cür imtiyazlardan istifadə edirlər, evlə, maşınla təmin edilirlər. Bu gün proses çox dinamik sürətlə hərəkət edir. Heç bir şəhid ailəsi və qazi bunlardan kənarda qalmır. Dövlət tərəfindən bu cür həssas insanlara hər cür şərait yaradılıb. Onların sağlamlıqları üçün xaricə göndərilməsi, Qarabağ Dirçəliş Fondu, YAŞAT Fondu və başqaları  atılan addımlar sırasındadır.

Bu xüsusda Azərbaycan Respublikası Prezidenti İlham Əliyeva və Birinci vitse – prezidenti Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm. Onlar mütamadi olaraq şəhid ailələrinə baş çəkirlər, yeni mənzillərin açarlarını onlara təqdim edirlər. Bunların hər biri göz önündədir. Azərbaycanda şəhid ailələrinə göstərilən xidmət yüksək səviyyədir. Hər insan bundan ağız dolusu danışmalıdır”.