Alim Qasımov Kərim Abasova hiddətləndi!- "Kişinin xanımı qaçmaz..."

Müğənni Kərim Abasovun boşanan qadınlarla bağlı qalmaqallı fikirlərinə Xalq artisti Alim Qasımov sərt  reaksiya verib . 
"Sherg.az" "mediatimeaz"a istinadən  xəbər verir ki , xanəndə sosial şəbəkədə "show_news " hesabında müğənninin müsahibəsinin yer aldığı videoposta şərh yazıb. A.Qasımov şərhində "Kişinin xanımı qaçmaz sənin kimilərdən ... " - ,deyə qeyd edib. 
Qeyd edək ki, Kərim ötən həftələrdə "MTV maqazin " ə açıqlamasında gender bərabərliyini pozan fikirlər səsləndirib.Azərbaycan Audiovizual Şurası sözügedən fikirlərə görə MTV kanalına xəbərdarlıq edib.