Roza Zərgərlinin oğluna mənzil verildi

Prezident Roza Zərgərlinin oğluna mənzil verib.
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib . 
"Sherg.az" "Bizim Mediya"ya istinadən xəbər verir ki, bu haqda aktyorun özü sosial şəbəkədə paylaşıb edib. 

C.Qafarova paylaşımında qeyd edib: " Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum . Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm " .

 O , Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb . Qeyd edək ki , Corc və qardaşı Jerar anasını itirdikdən sonra 2 saylı uşaq evində qalıb . Daha sonra müğənni Roza Zərgərli onları övladlığa götürüb .