Məşhurlar sosial mediada qınaq obyektinə çevrilib
Özəl təyyarələriylə “havalanan” məşhurlar ətraf mühitə vurduqları ziyan səbəbiylə tənqidə tuş gəlir. Qlobal iqlim dəyişikliyinin dünyanın başına dərd olduğu bir zamanda şəxsi təyyarələriylə səyahətlər vaz keçməyən məşhurlar sosial mediada qınaq obyektinə çevrilib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu barədə “The Guardian” material dərc edib. Dərgi ətraf mühitə ən çox ziyan vuran məşhurların siyahısını tərtib edib. Dünya “ulduzları”nın havanı çirkləndirmə əmsalı isə onların şəxsi təyyarələriylə nə qədər uçuş həyata keçirmələri ilə ölçülür.
“The Guardian” yazır ki, 17 dəqiqəlik uçuş 1 ton karbondioksidin havaya yayılması deməkdir, bu isə bir nəfərin ildə havaya ötürdüyü karbon qazının dörddə biri deməkdir. Məşhurlar avtomobil və ya havaya daha az karbon buraxan minik vasitələrindən istifadə etmək əvəzinə, hətta ən yaxın məsafələrə də daha komfortlu olsun və ehtişamlı görünsünlər deyə şəxsi təyyarələriylə uçmağı üstün tuturlar, bu da havanın daha çox çirklənməsinə səbəb olur. Siyahının başında ABŞ realiti-şou “ulduzu” Kylie Jenner gəlir.
Onu Drake və Taylor Svift “təqib edir”. Bu məşhurlar və daha bir neçəsi şəxsi “Twitter” hesablarındakı paylaşımlarıyla gündəmə gəlib. Kylie Jenner özünün və sevgilisi Travis Scottun şəxsi təyyarəsi önündə çəkilmiş fotosunu paylaşaraq “Mənimki ilə uçaq, yoxsa səninki ilə?” qeydini edib. Bu da təqibçilər tərəfindən sərt tənqid edilib. Jenner bir ştat – Kaliforniya daxilində bir şəhərdən digərinə şəxsi təyyarəsiylə uçub. Bu uçuşun ətraf mühitə vurduğu ziyan, nə qədər maliyyəyə başa gəldiyi də yazılıb. Halbuki, “ulduz” həmin məsafəni 40 dəqiqəyə avtomobillə gedə bilərdi və havaya daha az zəhərli qaz buraxmış olardı. Bu səbəbdən Jenner “iqlim canisi” adlandırılıb. Kanadalı repçi Drake də son 6 həftə ərzində 7, 12 və 14 dəqiqəlik uçuş həyata keçirib.
Lakin təqibçilərin etirazını görən repçi özünün təyyarədə olmadığını, təyyarələrin yalnız bir yerdən digərinə daşındığını deyib. Taylor Svift isə havanı ən çox zəhərləyən isim olub.
Deyilənə görə, müğənni şəxsi təyyarəsini başqalarına icarəyə də verir və bununla ətraf mühitə daha çox ziyan vurur. Siyahıda Elon Musk, Floyd Mayweather, Jay-Z, Alex Rodriguez, Blake Shelton, Steven Spielberg, Travis Scott da var.