Ölüm baş verdikdən sonra beyin hüceyrələri saatlarla diri qalır, ölmürlər, fəaliyyətdə olurlar
ABŞ-ın Yale Universitetinin alimləri donuzların öldükdən bir saat sonra qan dövranı və hüceyrələrinin əvvəlki vəziyyətinə qaytara bildiklərini elan ediblər.
Bu, yeni texnologiya sayəsində mümkün olub. Alimlər ölü donuzun qan dövranını və ölmüş sayılan hüceyrələri yenidən canlandırıblar. Bununla da insan orqanları daha uzun müddət qoruna biləcək və orqan transplantasiyasında inqilabi dəyişikliyə səbəb olacaq.
Universitet alimləri ürək fəaliyyətini dayandırdıqdan sonra hüceyrələr və bəzi orqanları qoruyacaq oksigenin ölü bir donuzun vücudunda yenidən dolaşmasını təmin edəcək “OrqanEx” adlı sistem icad edib.
Universitet alim-tədqiqatçısı doktor Nehad Sestan deyib ki, bu hüceyrələr fəaliyyətlərini dayandırmalı olduqları zamandan saatlar sonra da fəaliyyətlərini dayandırmayıb.
Bu, onu deməyə əsas verir ki, ölümdən 1 saat sonra hüceyrələrin ölümünü dayandırmaq mümkündür və bu, orqan nəqlində irəliləyişə, bir çox insanın həyatını xilas etməyə kömək edəcək.
Ölüm baş verdikdən sonra beyin hüceyrələri saatlarla diri qalır, ölmürlər, fəaliyyətdə olurlar. Bu, ölüm sonrası nələr baş verdiyini bilməyə çox yaxınlaşdığımızı göstərir.