Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanması ödənişli oldu - QİYMƏT

Sabahdan etibarən Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərin ödənişli əsaslarla parklanması mümkün olacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, parklanma ərazisi yerüstü və yeraltı olmaqla iki hissədən ibarətdir. 
Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpikdir.
Yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN-dir. Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər üç saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur.
Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir.
Qeyd edək ki, ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə edə bilərsiniz.