Çində koronavirus testi üçün tibb mərkəzinin qarşısında növbəyə dayanan insan izdihamı sosial şəbəkələrdə geniş müzakirə olunub.
Xatırladaq ki, Çin hökuməti ötən gündən etibarən ölkənin Şençjen və Quançjou şəhərlərində lokdaun elan edib.
Hər iki şəhərdə ibtidai və orta təhsil müəssisələrində yeni tədris ilinin bərpasını təxirə salınıb, dərslərin onlayn rejimdə keçirilməsinə dair göstəriş verilib.